понедельник, 13 апреля 2015 г.


9cu gün

                                            Sosial şəbəkələr və onların tədrisdə  rolu.


Bu gün biz Sosial şəbəkələr və onların tədrisdə  rolu haqqında danışıb, təlimçimiz Seymur Allahverdiyev və həmkarlarımızla Web2 alətlərindən istifadənin təhlili müzakirəsində iştirak etdik. 


Şagirdlərin Sosial şəbəkələrdən istifadəsi bəzən valideyn və müəllimlər tərəfindən  narazılıqla qarşılanır. Lakin bu şəbəkələrdən istifadə zamanı şagirdlərin maraq dairəsini nəzərə alaraq onların bu şəbəkələrdən istifadəsini o maraq dairəsinə yönəltmək lazımdır. Maraq  dairəsinə uyğun öyrədici oyunlar, şagird təqdimaatları burada daha effektli ola bilər. Yəni şagirdlərin beynindəki planı daha məqsədəuyğun şəkildə qurmaq, onu bu şəkildə reallaşdırmaq olar. 
 
 

Məs. elə bu laihədə 6-cı sinif şagirdi Bağıyev Rəşadın hazırladığı materialı nəzərə çatdırmaq istərdim. Rəşadın kompyuterdə işləmək marağını nəzərə alıb bu tapşırığı ona vermşdim və mənə belə gəlir ki, Rəşad bu tapşırığın öhdəsindən bacarıqla gəldi. 

                                                                                     


Sonda təəsüratlarımızla bölüşüb, onları bloqa yazdıq.





Комментариев нет:

Отправить комментарий