11-ci gün
1.Müəllimləri maraqlandıran suallar cavablandırdıqdan sonra şagird işi və layihə planına baxış, onlar üzərində düzəlişlər etdik.
2.Yenidən Sorğu anketində natamam bəndləri sualları cavablandıraraq tamamladıq.
3. 3.2.1- formulasının 3-mənfi, 2 - müsbət, Şagird işləri və qiymətləndirilməsi nümunələri ilə tanış olduq.
1 - rəy kimi açıqlandığını öyrəndik. Yəni cütlərlə iş zamanı hərə həmkarının işində layihənin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 3 mənfi cəhətini. 2- müsbət faktorunu tapmalı və sonda öz rəyini bildirməlidir. Və biz də bunları etdik.
4. Öyrənmə tərzləri sənədi ilə tanış olduq. Treninq qovluğunda Modul 10 da Harvard Qardner nəzəriyyəsi ilə anış olub müzakirələr etdik.
5. Bütün öyrənənlər üçün bərabər imkanların yaradılması, onların ehtiyaclarına dəstək vermək, maraq dairələri üzrə materiallar hazırlamaq haqqında bir daha danışıb, müzakirələrr apardıq.
6. Portfoliomuzda planlar bölməsində mövzunun öyrənilməsi hissəsini bir daha nəzərdən keçir. qeydlırimizi apardıq.
7. İKT bacarıqlarının nədə cəmləndiyi haqqında fikirlər söylənildi. Bu öyrənənin saytdan istifadəsi, araşdırma aparması, fərdilik və sərbəst deşüncə bacarığının, onun kreativ olma xüsusiyyətinin olmasıdır.
Комментариев нет:
Отправить комментарий